Cəmiyyət

Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər – ANBAAN VİDEO

Bakıda sürücü yol polisinə tabe olmayıb. “Unikal”ın məlumatına görə, hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb. Belə ki, yol polisi tərəfindən 77-AN-705 dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı avtomobilə “saxla” əmri verilməsinə baxmayaraq, sürücü polis əməkdaşlarına tabe olmayıb.  O, avtomobili səki üzərinə çıxarıb və təhlükəli manevrlər edərək yol polisindən qaçmağa çalışıb.   Xeberal.az

Cəmiyyət

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. “Report” xəbər verir ki, toplantıda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb. Bununla da komissiyanın iclaslarında baxılan məsələlərin sayı 200-ü keçib. Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının bu il üçün ilk iclası aprelin 3-də keçirilmişdi. Xeberal.az

Cəmiyyət

Naxçıvanda ordu aviasiya hissələri 1 nömrəli hazırlığa gətirildi – FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib. Təlimdə yuxarı komandanlığın idarəetmə məntəqəsindən verilən “HAZIRLIQ-1” komandası ilə ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri 1 nömrəli hazırlığa gətirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Eyni zamanda, ehtiyatda saxlanılan Hava Hücumundan Müdafiə (HHM) bölmələri döyüş tapşırığına əsasən, təyinat rayonlarına çıxaraq döyüş tapşırıqlarını […]

Cəmiyyət

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. “Qafqazinfo” xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb. Məhkəmə prosesində S.Təhməzova ilə yanaşı, oğlu Əhəd Abbasov da xüsusi ittihamçı qismində çıxış edib. Onlar Könül […]

Cəmiyyət

Xalq yazıçısı Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb – FOTO

Aprelin 6-sı səhər saat üç radələrində səhhətində yaranmış problemlə bağlı Mərkəzi Gömrük Hospitalına gətirilən Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev bu gün evə buraxılıb. Bu barədə Oxu.Az-a hospitaldan məlumat verilib. Qeyd olunub ki, Çingiz Abdullayevi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev, rəis müavini Nabil […]

Cəmiyyət

Bakıda istifadə müddəti bitmiş tortlar satan müəssisə rəhbərliyi cəzalandırıldı – FOTO

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb. Bu barədə Oxu.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Qeyd olunub ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 13A, mənzil 42 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Yasir Oqtay oğlu Əliyevə məxsus “Qat-Qat Cake Shop” şirniyyat mağazasında plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların […]

Cəmiyyət

Xəzər rayonunda silahlı şəxs saxlanıldı

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elnur Məmmədov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Onun yaşadığı Şüvəlan qəsəbəsindəki evindən psixotrop maddə metamfetamin, 1 ədəd tapança, 17 ədəd patron və 2 ədəd bıçaq aşkarlanıb.  Faktla bağlı araşdırmalar davam etdirilir. E.Məmmədovun qanunsuz əməllərindən zərər […]

Cəmiyyət

Lənkəranda ər arvadını yeməyini vermədiyinə görə döydü – TƏFƏRRÜAT

Lənkəranda 1986-cı il təvəllüdlü Ərəstun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ofeliyaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 1-də baş verib. Arvadının ona yemək verməməsi səbəbindən Ərəstun yumruqla onun sağ göz nahiyəsinə qəsdən vuraraq, xəsarətlər yetirib. Ərəstunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa […]

Cəmiyyət

Yeni sədr kollektivə təqdim edildi

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri Fərhad Əsgər oğlu Adıgözəlov bu gün kollektivə təqdim olunub. Oxu.Az xəbər verir ki, Fərhad Adıgözəlovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib. Xatırladaq ki, aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla […]

Cəmiyyət

Davamlı inkişafın göstəriciləri

      Prezident İlham Əliyevin çıxışında göstərildiyi kimi, Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələri də iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin […]