Cəmiyyət

Rəqəmsal Məcəllənin əsas məqsədi açıqlanıb

Azərbaycanda Rəqəmsal Məcəllənin əsas məqsədi ölkədə rəqəmsallaşma üçün qaydalar, çərçivələr və standartlar müəyyən etməkdir. Bu barədə Trend-ə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri İnarə Vəliyeva deyib. “Hazırda rəqəmsallaşma prosesi tarixi irsi və yanaşma müxtəlifliyini qoruyub saxlayaraq kifayət qədər qeyri-mərkəzləşdirilmiş vəziyyətdədir. Rəqəmsal kodun məqsədi ümumi yanaşma […]

Cəmiyyət

Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aprelin 12-də saat 4 radələrində Şəki rayonunun Abbas kəndi ərazisində Rüstəm Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada, 1935-ci il təvəllüdlü Mürsəl Əziz oğlu Şamxalovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.  Faktla […]

Cəmiyyət

Bakıda hüquqşünas taksi sürücüsünü qətlə yetirdi: Dəhşətli cinayətin DETALLARI – FOTO

2003-cü il dekabrın 29-da Bakının Suraxanı rayonu Əmircan qəsəbəsi, Q.Quliyev küçəsindəki 17 saylı evin qarşısında avtomobilin arxa oturacağında kişi meyiti aşkar olunub. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçiriblər. Meyitin 1954-cü il təvəllüdlü Ramiz Əmirova məxsus olması müəyyən edilib. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci […]

Cəmiyyət

Tovuzda qəbiristanlıqda mal-qara otaranlar kimlərdir? – VİDEO

Tovuzun Yuxarı Öysüzlü kəndindəki qəbiristanlıqda mal-qara otarılıb.  Kənd sakinləri isə mövcud vəziyyətdən narazıdırlar. Onlar bildiriblər ki, örüş yerinə çevrilən qəbiristanlıqda yaxınları və doğmalarının məzarları var. “Mal-qaranın qəbiristanlıqda otarılması düzgün deyil”, – deyə kənd sakinləri qeyd ediblər. Daha ətraflı “ATV Xəbər”in süjetində: Xeberal.az

Cəmiyyət

Kəlbəcərədə yük maşını çaya aşıb: Ölənlər var – FOTO/VİDEO

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Comərt kəndində qeydə alınıb. Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov “Howo” markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobilin sürücüsü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Apteklərin sayı çoxalır, əczaçılar isə azalır: Problemi necə həll etmək olar? – VİDEO

“İldən-ilə apteklərin sayı çoxalır, əczaçılar isə azalır”. Xezerxeber.az-ın məlumatına görə, bunu sosial sahə üzrə ekspert İlqar Hüseynli deyib. Onun sözlərinə görə, son vaxtlar ölkədə ali təhsilli əczaçı tapmaq demək olar ki, müşkülə çevrilib. O bildirib ki, apteklər şəbəkəsi kifayət qədər genişləndiyi üçün əczaçılara ciddi ehtiyac yaranıb. Ekspert bildirib ki, əczaçı azlığı gələcəkdə xidmətin keyfiyyəti ilə […]

Cəmiyyət

İllər sonra 20 min borcunun olduğunu öyrəndi: Bakıda avtosalon rəhbərliyi vətəndaşı aldadıb? – İDDİA + VİDEO

Bakıda avtosalon rəhbərliyi vətəndaşı aldadıb. Belə ki, zərərçəkən Yusif Eminov 2009-2011-ci illərdə avtosalonların birində gözətçi işləyib. Bakı qeydiyyatı olduğu üçün salon rəhbərliyinin xahişi ilə adına bank vasitəsi ilə üç avtomobil kreditləşdirilib, avtomobil alan şəxslərə etibarnamə verilib. Y.Eminov 13 ildən sonra 20 min manat borcunun olduğunu öyrənib. Daha ətraflı “ATV Xəbər”in süjetində: Xeberal.az

Cəmiyyət

Təkrar satışa çıxarılan mobil nömrələr vasitəsilə şəxsi məlumatlarınız oğurlana bilər – VİDEO

Mobil nömrələrdən istifadə edilmədikdə təkrar satışa çıxarılır. Belə olduğu halda isə bu nömrəyə bağlı sosial şəbəkə hesabları başqa şəxslərin əlinə keçə bilər. Paytaxt sakinlərinin sözlərinə görə, dəfələrlə bu kimi hallarla rastlaşıblar. Daha ətraflı “ATV Xəbər”in süjetində: Xeberal.az

Cəmiyyət

Xətaidə şəhidlərin abidəsinin qarşısına yük maşını ilə zibil tökdülər – VİDEO

Aprelin 11-də Xətai rayonu, Orxan İsmayılov küçəsində ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə etinasızlıq nümayiş etdirilib. Belə ki, Vətən müharibəsi şəhidləri – Əli Qasımov, Fərid Əsgərov və Orxan İsmayılovun xatirəsinə həsr olunan abidənin qarşısında yük maşını park olunub. Daha sonra isə əraziyə zibil boşaldılıb. Görüntülərdə gecə 04:34 radələrində əraziyə gələn yük avtomobilinin dövlət qeydiyyat […]

Cəmiyyət

Bakıda tikinti şirkəti sakinləri sənədsiz qoydu: “Pul aldılar, amma çıxarış vermədilər” – VİDEO

Paytaxtın Nizami rayonu, Mehdi Abbasov küçəsindəki sakinlər tikinti şirkətindən şikayətçidirlər. Onların sözlərinə görə, artıq beş ildir ki, bina təhvil verilsə də, onlar hələ də mənzillərinə çıxarış ala bilməyiblər: “Çıxarışlarımız verilmir. Heç kim bu binada qeydiyyata düşə bilməyib. İnsanları aldadıb, çıxarış adı ilə 170 manat aldılar. Nə sənədi, nə də pullarımızı qaytarmırlar. Binamız isə bərbad vəziyyətdədir”. Məsələ ilə […]