Cəmiyyət

Bakıda tikinti şirkəti sakinləri sənədsiz qoydu: “Pul aldılar, amma çıxarış vermədilər” – VİDEO

Sharing is caring!




Paytaxtın Nizami rayonu, Mehdi Abbasov küçəsindəki sakinlər tikinti şirkətindən şikayətçidirlər.

Onların sözlərinə görə, artıq beş ildir ki, bina təhvil verilsə də, onlar hələ də mənzillərinə çıxarış ala bilməyiblər:

“Çıxarışlarımız verilmir. Heç kim bu binada qeydiyyata düşə bilməyib. İnsanları aldadıb, çıxarış adı ilə 170 manat aldılar. Nə sənədi, nə də pullarımızı qaytarmırlar. Binamız isə bərbad vəziyyətdədir”.

Məsələ ilə bağlı tikinti şirkətinin nümayəndəsi İlqar Bayramov bildirib ki, problem tezliklə həllini tapacaq, sakinlərə çıxarışları veriləcək.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir