Dünya

İspaniyada keçirilən ənənəvi bayramdan maraqlı görüntülər – FOTO/VİDEO

Sharing is caring!

İspaniyanın Pinares kəndində ənənəvi “Las Luminarias” bayramı keçirilib.

Tarixi XVIII əsrə dayanan, xristian inancı ilə heyvanların qoruyucusu kimi qəbul edilən bayram hər il yanvarın 17-də qeyd edilir.

Belə ki, kilsədəki ritualdan sonra keşiş tərəfindən xeyir-dua verilən atlar daha sonra kəndin müxtəlif yerlərində yandırılan tonqalların üstündən tullanırlar.  

İnanca görə, tonqaldan çıxan tüstü atları şər ruhlardan təmizləyir və onların növbəti bir ilə qədər sağlam qalmasını təmin edir.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir