Cəmiyyət

Azərbaycan futbol millisinin oyunlarına hakim təyinatları AÇIQLANDI

Azərbaycan millisinin Bakıda “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb. Bu barədə milli assosiasiya məlumat yayıb. Bildirilib ki, yığmamızın Tanzaniya ilə ilk oyununu türkiyəli FIFA referisi Zorbay Küçük idarə edəcək. Bolqarıstanla matçda isə estoniyalı hakim Kristo Tohver söz sahibi olacaq. Tanzaniya – Bolqarıstan matçını Əliyar Ağayev, Tanzaniya – Monqolustan qarşılaşmasını isə […]

Cəmiyyət

Neftçalada brakonyerliklə məşğul olan şəxslər saxlanıblar

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşlarının qanunsuz balıq ovuna qarşı keçirdikləri profilaktik tədbirlər zamanı Kür çayının Mayak-1 kəndi ərazisindən keçən hissəsində qanunsuz balıq ovu ilə məşğul olan iki nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən taxta qayıqlar, sintetik torlar, qadağan olunan ov qurğuları, eləcə də […]

Cəmiyyət

Sağlamlıq imkanları məhdud uşağın əlilliyi niyə kəsilib? – FOTO

Vətəndaş övladının əlilliyi kəsildiyi üçün narazıdır. Bu barədə Oxu.Az-ın redaksiyasına Namiq Məmmədov şikayət ünvanlayıb. Onun sözlərinə görə, övladı Mircəfər Məmmədzadənin sağlamlıq imkanları anadangəlmə məhduddur: “2014-cü ildən əlillik təyin olunub. Dövlət tərəfindən ortopedik ayaqqabı, korsetlə təmin olunub, uşaq reabilitasiya müəssisələrində müalicələr alıb. Amma 2023-cü ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial […]

Cəmiyyət

Bakıda Novruz şənlikləri keçirilir – FOTO

Bakı şəhərində xalqımızın ən əziz və sevimli bayramı olan Novruz geniş və coşqu ilə qeyd edilir. Oxu.Az xəbər verir ki, bu münasibətlə paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilib. Bayram günlərindəki  şənliklər öz kütləviliyi ilə seçilib.  Bu gün Novruz bayramı paytaxtın Nizami, Xətai və Binəqədi rayonlarında yerləşən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA […]

Cəmiyyət

Lənkəranda istifadəyə verilmiş yeni penitensiar müəssisədə mediatur keçirilib – FOTOREPORTAJ

Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən Lənkəranda istifadəyə verilmiş yeni penitensiar müəssisədə mediatur keçirilib. Oxu.Az xəbər verir ki, beynəlxalq standartlara uyğun inşa olunmuş kompleksdə müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanasında isə həbs edilmiş şəxslər saxlanılacaqlar.  Mediaturda Ədliyyə Nazirliyinin, Penitensiar xidmətin aidiyyəti məsul işçiləri, Milli Məclisin deputatları – Zahid Oruc, Musa Quliyev Vəkillər Kollegiyasının, Ədliyyə […]

Cəmiyyət

Bəşəriyyətin mənəvi dəyəri

 Xalqımızın ən əziz bayramlarından biri də Novruz bayramıdır. Ulu babalarımızın mənəvi aləmini nümayiş etdirən Novruz milli bayramımız sayılır. Novruz öz gəlişi ilə elimizə-obamıza yeni şadlıq və sevinc gətirir.Hər kəs bu bayramı yüksək təntənə ilə qarşılamağa çhazırlaşır.Xalqımız Novruz adət-ənələrinə daim sadiqdir. Bu adət-ənənələr müqəddəs ərməğan kimi daim yaşadılır və gələcək nəslə ən gözəl töhfə kimi ötürülür. Novruz bayramı təbiətin və insanlığın […]

Cəmiyyət

Dörd ünsür, dörd bayram çərşənbəsi.

        Qədim insanlara görə kainat 4 ünsürdən-su, od, torpaq və havadan yaranıb. Ona görə də hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Bu çərşənbələrdən birinci-su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Ona görə də ta qədim zamanlardannqızlar bulaqlardan sərin, şirin su […]

Cəmiyyət

Sabahın iş günü ilə bağlı RƏSMİ AÇIQLAMA

Sabah qısaldılmış iş günü olacaq. Oxu.Az xəbər verir ki, 19 mart tarixi bayramqabağı iş günü olduğundan iş yerlərində həmin iş gününün müddəti bir saat qısaldılır. Qeyd edək ki, bu il il Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq. 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart […]

Cəmiyyət

Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. Oxu.Az xəbər verir ki, ANAMA-nın məlumatına görə, azad olunan ərazilərdə 11-17 mart 2024-cü il tarixi ərzində yeddi tank əleyhinə mina, 31 piyada əleyhinə mina, 202 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 1 394,5 hektar ərazi minalardan […]

Cəmiyyət

Bakıda yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb – RƏSMİ + FOTO

“Gənclik” metro stansiyasının yanında sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, yeni hab sərnişinlərin rahatlığı və təhlükəsizliyi, avtobuslar üçün nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Fətəli Xan Xoyski küçəsində yaranan sıxlıq və tıxac hallarının azaldılmasında […]