Cəmiyyət

Xəzər rayonunda silahlı şəxs saxlanıldı

Sharing is caring!




Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elnur Məmmədov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Onun yaşadığı Şüvəlan qəsəbəsindəki evindən psixotrop maddə metamfetamin, 1 ədəd tapança, 17 ədəd patron və 2 ədəd bıçaq aşkarlanıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

E.Məmmədovun qanunsuz əməllərindən zərər çəkən şəxslər DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir