Dünya

Gürcüstan prezidenti parlamentin qəbul etdiyi qalmaqallı qanun layihəsinə veto qoyacaq?

Sharing is caring!




Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici agentlər haqqında” qanun layihəsinə veto qoyacağını bəyan edib.

O, bu barədə BBC-yə müsahibəsində deyib:

“Avropa İttifaqının strategiyası və tövsiyələrinə zidd olan digər qanunlara etdiyim kimi, buna da veto qoyacağam”.

Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihənin lehinə 83 deputat səs verib.

Gürcüstan müxalifəti qanun layihəsinin kəskin tənqid edib və bir neçə gündür paytaxt Tbilisidə etiraz aksiyaları keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir