Dünya

“Barselona” La Liqa tarixində yeni rekorda imza atıb

Sharing is caring!

İspaniyanın “Barselona” klubu La Liqa tarixində yeni rekorda imza atıb.

Oxu.Az xəbər verir ki, Kataloniya təmsilçisi XXII turda “Kadis” üzərində 2:0 hesablı qələbə qazanaraq bunu reallaşdırıb.

Xavinin baş məşqçi olduğu kollektiv cari mövsüm keçirdiyi 22 oyunun yalnız 5-də qapısında qol görüb. 17 matçda qapısının toxunulmazlığını qorumağı bacaran “Barsa” “Deportivo”nun 1993/1994 mövsümündəki rekordunu yeniləyib. La korunyalılar 29 il əvvəl 16 görüşdə qol buraxmayıblar.

İlk 22 oyunda cəmi 7 dəfə mərkəzə dəvət edilən “Barselona” bu baxımdan da rekorda yiyələnib. Buna qədər mövsümün ilk 22 turunda rekord 9 top idi. Bunu isə 1986/1987 mövsümündə “Barselona”, 1993/1994-də “Deportivo”, 2017/2018-də isə “Atletiko” bacarıb.

Qeyd edək ki, hazırda La Liqada turnir cədvəlinə başçılıq edən “Barselona” (59 xal) ən yaxın izləyicisi “Real Madrid”i 8 xal qabaqlayır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir