Dünya

“Mavi işarə”ni ödənişlə əldə etmək mümkün olacaq

Sharing is caring!

Artıq “Facebook” və “Instagram” istifadəçiləri ödənişlə “mavi işarə”ni əldə edə biləcəklər.

Bu barədə “Meta” şirkətinin baş direktoru Mark Zukerberq özünün “Facebook” hesabında yazıb.

“Meta”nın baş direktoru bildirib ki, bu funksiya hesabların həqiqiliyini və xidmətlərin təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub.

“Mobil telefonlarda ayda 14,99 dollar, veb-versiyada isə aya 11,99 dollar ödəməklə bu xidmətdən istifadə etmək mümkün olacaq”, – deyə Mark Zukerberq vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir