İdman

Dortmund “Borussiya”sı baş məşqçisi ilə vidalaşıb

Sharing is caring!

Almaniyanın “Borussiya” (Dortmund) futbol klubunun baş məşqçisi Marko Roze istefa verib.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

“Borussia” və baş məşqçi Marko Roze əməkdaşlığa son qoyur. Bu qərar mövsümün təhlilinin nəticəsidir”, – deyə mətbuat xidmətinin açıqlamasında deyilir.

Roze 2021-ci ilin yayında Dortmund klubuna rəhbərlik edib. 45 yaşlı mütəxəssisin rəhbərliyi altında “Borussiya” Almaniya çempionatında 34 matçda 69 xal toplayaraq 2-ci pillədə qərarlaşıb. Çempionlar Liqasında “pley-off”a yüksələ bilməyən dortmundlular, Avropa Liqasında 1/16 finalda Şotlandiyanın “Reyncers” klubuna uduzub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir