Cəmiyyət

Xocalıda Soyqırımı Memorialı milli yaddaşımızın ayrılmaz parçasına çevriləcək

Sharing is caring!

        Fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü və Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş memorial kompleksin təməlini qoydu.

Prezident İlham Əliyevin “sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq” sözləri bir daha sübut etdi ki, gələcəyə hesablanmış siyasəti reallaşdıran Prezident İlham Əliyevi hər zaman uğurlu edən əsas amillər onun gələcəyə olan inamı və xalqın dəstəyindən almasıdır. Dövlət siyasətində “inam” və “xalqın dəstəyi” kimi amillər tükənməz güc mənbəyidirlər. Hər iki məfhum mütləq olaraq milli ideologiyamızın əsas anlayışlarından olmaq haqqını qazanıblar.

Dövlət başçısının fikirləri bizlərə onu da göstərir ki, zamanında cavabsız qalmış bəzi sualların cavablarını biz real həyatda əldə olunmuş nəticələrdə, uğurlarda görürük. Bəzi qərəzli tənqidlərin cavabsız qalmasının əsas səbəbi budur ki, vaxtından tez verilmiş şərhlər və ya cavablar müəyyən olunmuş hədəflərə aparan siyasi strategiyanı ifşa edə bilər. İfşa olunmuş strategiya isə hədəflərin nail olunması üçün əsaslı maneələrin yaranmasına səbəb ola bilər.

Cənab Prezidentimizin də Xocalılarla görüşdə qeyd etdiyi kimi: “Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın“.

Bütün məqamları dəyərləndirərkən Prezident İlham Əliyev bildirdi ki, otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün 26 fevral günündə memorial kompleksin təməli qoyuur. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq.

Xocalılarla bu görüş kifayət qədər səmimi oldu, yaşanmış emosiyalar isə xalq-dövlət birliyinin daha bir açıq təzahürü idi. Prezident dedi: “Əminəm, Azərbaycan ictimaiyyəti gələcəkdə yazılacaq müxtəlif memuarların səhifələrində bu görüşün təfərrüatları haqqında çox sayda yeni və maraqlı faktlarla tanış ola biləcək. Hadisənin emosional yükünü nəzərə alaraq, habelə Xocalı soyqırımının Azərbaycan xalqının tarixinin ən acı səhifələrindən birini təşkil etdiyi üçün sözsüz ki, Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi unudulmayacaq və milli yaddaşımızın ayrılmaz parçasına çevriləcək.

Etibar Sadıqov,

Cəlilabad rayon, Peşə Təhsil Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir