Cəmiyyət

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bir rayonun qaz təchizatında fasilə yaranacaq

Sharing is caring!


Masallı rayonunda 2 500 abonentin qaz təchizatında fasilə yaranacaq.

Oxu.Az xəbər verir ki, Masallı rayonu Ərkivan qəsəbəsindən keçən diametri 159 millimetrlik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar Lürən, Qızılavar, Bala Kolatan kəndlərinin və Ərkivan qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 2500 abonentin qaz təchizatının martın 1-i saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir