MDB

Fransaya giriş-çıxış dayandırılır

Sharing is caring!

Koronavirus tədbirləri çərçivəsində Fransa yanvarın 31-dən etibarən Avropa Birliyi xaricindəki ölkələr üçün giriş və çıxışı dayandıracaq.

XəbərAl.az xəbər verir ki, bu barədə Fransa Baş Naziri Jan Kasteks, “Elysee” Sarayında Prezident Emmanuel Macronun rəhbərliyi ilə keçirilən Müdafiə Şurasının iclasından sonra mətbuata danışıb.  

COVID-19 epidemiyasının yaratdığı vəziyyətin həyəcanverici olduğunu deyən Kasteks ölkə daxilində saat 18:00-06:00 arasında tətbiq olunan komendant saatının koronavirusa qarşı təsirli olduğunu, lakin yetərli olmadığını söyləyib və epidemiyaya qarşı əlavə tədbirlərin həyata keçiriləcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir