Cəmiyyət

Kimə qızılca peyvəndi vurmaq olmaz? – HƏKİM AÇIQLADI

Sharing is caring!


“Hər bir peyvəndə əks göstəriş var. Amma yumurta zülalına qarşı allergiyası olanlara peyvənd vurulmamalıdır”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qızılca ilə bağlı danışarkən deyib.

Direktor müavini bildirib ki, əgər yüngül allergik vəziyyət varsa, bu, tibbi əks göstəriş sayılmır:

“Hər bir halda peyvənddən əvvəl pasiyentdən anamnez toplanır, həkim müayinəsindən keçirilir. Müayinə zamanı hər hansı tibbi əks göstəriş qeydə alınmazsa, onlara məxmərək, qızılsa əleyhinə peyvənd vurula bilər. Yalnız yumurta zülalına qarşı allergiyası olanlara, qan xəstəliyi olanlara, bir neçə başqa xəstəliklərin müalicəsi dövründə mütəmadi dərman preparatları qəbul edənlərə peyvənd vurulmamalıdır. Əgər bir dəfə uşağa peyvənd vurularkən anafilaksiya (allergik şok) müşahidə edilibsə, təkrar ona bir müddət sonra eyni peyvəndi vurmaq qadağandır.

Eləcə də, ağır xəstəliklər keçirən şəxslər qızılcaya yoluxarlarsa, onlar xüsusi nəzarətdə saxlanılmalı və davamlı tibbi müşahidədə saxlanılmalıdırlar. Xəstəliyin müəyyən ağırlaşma mərhələləri ola bilir. Hər bir halda vəziyyəti həkim qiymətləndirməlidir”.

“Yaşı 40-dan yuxarı olan şəxslər də peyvənd oluna bilərlər. Tək-tək hallarda 40 yaş aralığında olanlar arasında qızılcaya yoluxmalar qeydə alınıb. Amma ölkədə hazırda 11 yaşa qədər uşaqların peyvəndlənməsi həyata keçirilir”, – deyə həkim qeyd edib. 

Könül Cəfərli 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir