Siyasət

Azərbaycanın Rus İcması İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib

Sharing is caring!


Azərbaycanın Rus İcması qarşıdan gələn prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib.

Bu barədə icmanın məlumatında deyilir.

Bildirilib ki, icma üzvləri Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək seçkidə İlham Əliyevi Azərbaycan prezidentliyinə namizəd olaraq irəli sürməsi ilə bağlı qərarını məmnunluqla qarşılayıblar.

“Əminik ki, icma üzvləri bundan sonra da Prezidentimizə, onun sülhün möhkəmləndirilməsi, dostluq və qardaşlıq şəraitində çoxmillətli cəmiyyətin qorunub-saxlanması, ölkənin Silahlı Qüvvələrinin daha da inkişafı və möhkəmləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyətini dəstəkləyəcək və fevralın 7-də də Vətənimizin parlaq gələcəyi naminə İlham Heydər oğlu Əliyevə səs verəcəklər”, – bəyanatda vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir