Dünya

Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Sharing is caring!

Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnirə start verilib.

Azərbaycan Boks Federasiyasından Oxu.Az-a verilən məlumata görə, 16 ölkənin qatıldığı yarışın ilk günündə millinin bir üzvü rinqə çıxıb.

Komandanın heyətində Eldar Quliyev (86 kq) Maşal Marefatla (Almaniya) üz-üzə gəlib. 1/4 final mərhələsində baş tutan görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Quliyev bu mərhələdə polşalı Klemens Şepanyakla döyüşəcək. Görüş noyabrın 11-də baş tutacaq.

Qeyd edək ki, turnirdə final qarşılaşmaları noyabrın 13-də olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir