Cəmiyyət

Ucarda polis əməkdaşı avtomobillə piyadanı vuraraq öldürüb

Sharing is caring!


Ucarda ağır yol-nəqliyyat hadisəsi olub.

APA-nın xəbərinə görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

“Mercedes-Benz” markalı 99-LK-537 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən piyada, Ucar rayon sakini – 1956-cı il təvəllüdlü Nəriman Həmzə oğlu Abdulrəhmanovu vurub.

Ağır xəsarət alan zərərçəkəni sürücü öz avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Həkimlərin zəruri tibbi yardımlarına baxmayaraq o, xəstəxanada ölüb.

İlkin ehtimala görə, hadisəyə əsas səbəb prospektin işıqlandırılmaması olub.

Qeyd edək ki, prospektin qaranlıq olması səbəbindən analoji hadisələr ərazidə tez-tez baş verir.

Hadisəni törədən şəxs polis əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir