Dünya

İrəvanda polis əməkdaşları ilə Azərbaycanın qaytardığı hərbçilərin yaxınları arasında dava düşüb – VİDEO

Sharing is caring!


Ermənistanın paytaxtı İrəvanda polis əməkdaşları ilə Azərbaycan tərəfindən geri qaytarılan hərbçilərin qohumları arasında əlbəyaxa dava düşüb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Ermənistana qaytarılan və Muratsan hərbi hospitalında tibbi müayinədən keçən hərbçilərin yaxınları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında dava düşüb.

Hadisənin səbəbləri və xəsarət alanlar barədə məlumat verilmir.

Xatırladaq ki, dekabrın 13-də Azərbaycan-Ermənistan şərti sərhədinin Qazax rayonu ərazisindəki hissəsində Azərbaycan və Ermənistan qarşılıqlı əsasda hərbi personalın mübadiləsi həyata keçirilib. Mübadilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikasının Baş Nazirinin Aparatı arasında aparılan danışıqların yekunlarına əsasən baş tutub. Müqaviləyə əsasən, Azərbaycan erməni əsilli 32 nəfəri, Ermənistan isə iki azərbaycanlı hərbçini azad edib.

Mənbə: newsarmenia.am

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir