Dünya

İsveçdə müəllim uşaqlara terror aktı planlaşdırmağı tapşırıb – VİDEO

Sharing is caring!


İsveçdə orta məktəb müəllimi şagirdlərinə nəzəri olaraq terror hücumu planlaşdırmağı tapşırıb.

Bu barədə yerli qəzet məlumat yayıb.

“Yençepinq bələdiyyəsində (ölkənin cənubu) orta məktəb müəllimi şagirdlərinə nəzəri olaraq terror aktı planlaşdırmaq tapşırığı verdikdən sonra vəzifəsindən uzaqlaşdırılıb”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, məktəbdə daxili araşdırma aparılıb və polisə ərizə yazılıb.

Yerli hakimiyyət orqanları ölkədə terror təhlükəsinin səviyyəsinin ciddi şəkildə artdığı üçün hadisəyə ciddi yanaşdıqlarını vurğulayıblar.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir