Dünya

Gürcüstanda təbii fəlakət nəticəsində ölənlərin sayı artdı

Sharing is caring!


Gürcüstanda xilasedicilər dağlıq Raça bölgəsindəki Şovi kurortunda torpaq sürüşməsi nəticəsində həlak olan daha dörd nəfərin cəsədini tapıblar.

Ölkənin infrastruktur və regional inkişaf naziri İrakli Karseladze bildirib ki, təbii fəlakət qurbanlarının ümumi sayı 24 nəfərə çatıb.

“Bu gün üç cəsəd və bir cəsəd parçası tapılıb. Yeni rəqəmlər ölənlərin ümumi sayının 24 olduğunu, daha 9 cəsədin axtarıldığını deyir”, – Karseladze mətbuat konfransında bəyan edib.

Xatırladaq ki, avqustun 3-də Şovidə irimiqyaslı torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində 15 nəfər hələ də itkin düşmüş hesab edilir. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir