Cəmiyyət

Gəncədə on yaşlı qızı avtomobil vurub

Sharing is caring!


Gəncədə azyaşlı qızı maşın vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2013-cü il təvəllüdlü Yağmur İsgəndərovanı vurub.

Xəsarət alan on yaşlı piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir