Cəmiyyət

Sumqayıtda gəlininin ölümünə dözməyən qayınananın ürəyi partlayıb

Sharing is caring!


Sumqayıtda gəlininin ölümünə dözməyən qayınananın ürəyi partlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsinin Şirvan yaşayış massivində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Nuranə Məhəmməd qızı Məmmədova yaşadığı evdə uzun sürən beyin quruması xəstəliyindən vəfat edib. Onunla eyni ünvanda yaşayan qayınanası, 1952-ci il təvəllüdlü Gülnaz Nüsrəddin qızı Məmmədova gəlininin vəfatından həyəcanlanaraq vəziyyəti pisləşib və ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir