Dünya

Yaponiya sahillərində yük gəmisində partlayış: Ölən var

Sharing is caring!


Yaponiya sahillərində yük gəmisində güclü partlayış baş verib.

Nəticədə ekipaj üzvlərindən biri olan Rusiya vətəndaşı həlak olub.

Hadisə Sakit okeanda, Yaponiyanın Tokaçi limanından təxminən 40 mil aralıda baş verib.

Məlumata görə, Rusiyanın “Saronik Briz” yük gəmisində təmir işləri zamanı asetilen balonları partlayıb. Nəticədə həmin vaxt iş görən mexanik-qaynaqçı yerindəcə dünyasını dəyişib.

Mənbə: “Shot” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir