Cəmiyyət

Bakı avtobus sürücüsü sərnişinlərin həyatını RİSKƏ ATDI: Sükan arxasında telefonla danışdı – VİDEO

Sharing is caring!

Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə ataraq sükan arxasında telefonla danışıb.

“Xəzər Xəbər”in məlumatına görə, sözügedən sürücü, digər avtobus sürücüsü ilə intervalı müzakirə edir.

Bu görüntülər paytaxtda metronun “Həzi Aslanov” stansiyasından, Yeni Suraxanıya sərnişin daşıyan 104 saylı avtobusda sərnişinlərdən biri tərəfindən lentə alınıb.

Görüntülərdə sürücünün həm də siqaret çəkdiyi aydın görünür.

Sərnişinlərin həyatlarını risk altına atan sürücünün bu hərəkəti birmənalı qarşılanmayıb. Elə onun həmkarları da bu hərəkəti qınayıblar.

Məsələ ilə bağlı həmin marşrut xəttinin avtodəstə rəisi Ramiz Şəkərov bildirib ki, videomaterialdan məlumatlıdırlar. Yaxın günlərdə həmin sürücü haqqında cəza tədbiri görüləcək.

Ramiz Şəkərov onu da qeyd edib ki, əgər növbəti dəfə bu hərəkət təkrarlansa, sürücü ilə bağlanan əmək müqaviləsinə xitam da verilə bilər.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir