Cəmiyyət

QMİ sədrinin birinci müavini: “Ermənilərin Qarabağ münaqişəsinə dini don geyindirmək cəhdləri iflasa uğradı”

Sharing is caring!


“Dəfələrlə ermənilər Qarabağda münaqişəyə dini don geyindirməyə, xristian dünyasının onlara dəstək çıxmalarına çalışıblar. Lakin dini liderlərin sayəsində bu məkrli plan alınmadı”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini, müfti Salman Musayev Tbilisidə “Dinlərarası dialoqda dövlətin rolu” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində səsləndirib.

“Gürcüstan patriarxının böyük dəstəyi sübut etdi ki, bu münaqişə dini zəmində deyil. Buna görə ona təşəkkür edirəm. Bu gün Gürcüstanın dini mərkəzləri ilə güclü əlaqələrimiz var. Dəfələrlə onların Azərbaycana, bizim isə Gürcüstana səfərlərimiz olub”, – o vurğulayıb.

S.Musayev deyib ki, iki dövlət arasında dostluq və əməkdaşlıq bundan sonra da davam edəcək:

“Qafqaz Müsəlmanları İdarəsi olaraq Gürcüstanda yaşayan soydaşlarımızı düşünür, hər cür dəstək veririk. İnşallah, Gürcüstan dövlətinin yaratdığı şərait onların daha da yaxşı yaşamasına imkan yaradacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir