Dünya

Almaniya prezidenti Ukrayna haqqında: “Hər şey təsəvvür etdiyimizdən qat-qat qorxuludur”

Sharing is caring!

“Hər şey Almaniyada təsəvvür olunduğundan qat-qat pisdir”.

Bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya səfərindən sonra bildirib.

O, Rusiyanın başlatdığı müharibə ilə bağlı hekayələrdən şoka düşdüyünü qeyd edib.

Ştaynmayerin fikrincə, Almaniyada insanlar əsl vəziyyət haqqında yanlış təsəvvürə malikdir.

Almaniya prezidenti Ukraynaya səfəri zamanı raket təhlükəsi səbəbindən Çerniqov vilayətindəki anbarda təxminən iki saat qalıb. Onun sözlərinə görə, orada şok əhvalatlar eşidib.

“Hər şey Almaniyada təsəvvür etdiyimizdən qat-qat qorxuludur. Bizə danışılan hekayələr məni şoka saldı”, – deyə o qeyd edib.

Almaniya prezidenti vurğulayıb ki, dünya ədalətli olmalıdır. Söhbət Ukraynanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasından gedir.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir