Cəmiyyət

Elnur Əliyev: “Biz ümummilli innovasiyalara sərmayə qoymağa sadiqik”

Sharing is caring!


“Rəqəmsal iqtisadiyyat strategiyamız iki əsas təməl bloku üzərində cəmləşəcək”.

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən “InMerge” İnnovasiya Sammitində bildirib.

O bildirib ki, bunlar mövcud sektorların rəqəmsallaşdırılmasının sürətləndirilməsi və vətəndaşların rəqəmsal bacarıqlarla gücləndirilməsinə təsir edəcək:

“Mövcud sektorların rəqəmsallaşdırılmasının sürətləndirilməsi – iqtisadi sektorlarımızı rəqəmsallaşdırmaq üçün rəqəmsal texnologiyalardan istifadə etməyi və yeni rəqəmsal bizneslərdən dəyər qazanmağı nəzərdə tutur. Biz rəqəmsal tətbiqlər vasitəsilə dəyər yaradan yeni bizneslərin meydana gələrək inkişafına diqqət yetirəcəyik.

Vətəndaşların rəqəmsal bacarıqlarla gücləndirilməsi istiqamətində biz bütün yaş qruplarında rəqəmsal savadlılığı artırmaqla ÜDM artımını sürətləndirməyi hədəfləyirik.

Bu məqsədləri dəstəkləmək üçün biz rəqəmsallaşma vasitəsilə hökumət əməliyyatlarının səmərəliliyini artıracağıq. Bundan əlavə, biz ümummilli innovasiyalara sərmayə qoymağa sadiqik. Biz yeni texnologiyaların mənimsənilməsinin və qlobal inkişafları yaxından izləməyin vacibliyini dərk edirik.

Gələcəkdə biz yerli süni intellekt həllərinin inkişafı və ölkədə müxtəlif maraqlı tərəflərlə pilot şəhərlərimizin rəqəmsal əkizinin yaradılması kimi texnologiyaları araşdırırıq. Bu yeniliklər bizim tərəqqimiz üçün çox vacibdir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir