Dünya

Rusiyalı müğənni ABŞ-nin sanksiyalar siyahısından çıxarıldı

Sharing is caring!

Rusiyalı müğənni və bəstəkar, Rusiya Federasiyasının xalq artisti Qriqori Leps ABŞ-nin sanksiya siyahısından çıxarılıb.

Bu barədə fevralın 8-də ABŞ-nin Maliyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Xatırladaq ki, Leps hələ 2013-cü ildə ABŞ qurumunun sənətçini “Brothers’ Circle” cinayət sindikatına kömək etməkdə şübhəli bildiyi zaman sanksiyalara məruz qalmışdı. Sənətçinin bu cinayətkar sindikatın lideri üçün pul daşımaqda şübhəli bilinirdi.

Görünür, illər sonra bu şübhələr özünü doğrultmayıb.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir