Dünya

Avstriya kanslerindən çağırış: “Aİ sərhədi boyu hasarlar çəkilsin”

Sharing is caring!

Avstriya kansleri Karl Nehammer Avropa Birliyinin (Aİ) xarici sərhədlərinin qeyri-qanuni miqrasiyadan, xüsusən də hasarların inşası ilə sərt şəkildə qorunmasına çağırıb.

“Xarici sərhədləri qorumaq üçün fiziki infrastruktura və maneələrə ehtiyac var. Bu, hasarlar, divarlar və onlarla birlikdə lazımi hər şey deməkdir”, – kansler bəyan edib.

Eyni zamanda, o əlavə edib ki, Avropa yeni miqrasiya böhranı yaşayır, ona görə də tez və qətiyyətlə hərəkət etmək lazımdır.

“Aİ-nin xarici sərhədlərinin müdafiəsi istək deyil, zərurətdir”, – Avstriya kansleri bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir