Dünya

Müsəlman, xristian və yəhudi din xadimləri zəlzələ qurbanları üçün birlikdə dua etdilər – FOTO

Sharing is caring!

ABŞ-nin paytaxtı Vaşinqtonda toplaşan müsəlman, yəhudi və xristian din xadimləri Türkiyə və Suriyada baş verən zəlzələdən zərər çəkənlərə dua ediblər.

Dinlərarası dua ayini Amerikada Pravoslav Kilsəsinin arxiyepiskopu Elpidoforos tərəfindən təşkil edilib.

Tədbirə Türkiyənin Vaşinqtondakı səfiri Hasan Murat Mercan, səfirliyin dini xidmətlər üzrə müşaviri professor Bilal Kuşpınar, ABŞ Dini İşlər Mərkəzinin imamlarından Nurullah Çələbi, Baltimor ershersoq yepiskopu Dennis Madden, Antakyadakı Suriya Pravoslav Kilsəsindən Con Kavak və s. qatılıblar.

Yəhudi icmasından Yəhudi Dinlərarası Məsləhətləşmələr üzrə Beynəlxalq Komitəsinin ravvini Riçard Marker və Amerika Yəhudi Komitəsinin üzvü Ceyson İsaakson tədbirdə iştirak ediblər.

Tədbirdə zəlzələ qurbanları üçün dualar edilib.

Arxiyepiskop Elpidoforos sosial şəbəkə hesabından tədbirlə bağlı paylaşım edib, həmçinin zəlzələdən zərər çəkənlər üçün ianə toplandığını bildirib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir