Cəmiyyət

Salyanda küçədə yenidoğulmuş tapılıb

Sharing is caring!


Bu gün saat 5 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən yenidoğulmuş (bir neçə günlük) qız uşağı tapılıb.

“Report”un məlumatına görə, körpə xəstəxanaya təhvil verilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov “Report”un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib. N.Həmidov bildirib ki, məsələ ilə bağlı Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan Rayon Təcili Tibbi Yardım Stansiyasının tibb personalına təhvil verilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir