Cəmiyyət

300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktorunun məhkəməsi keçirilib

Sharing is caring!


Bakıda vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Abşeron rayonunda sabiq məktəb direktoru Samirə Əkbərovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid Esmira Mustafayeva ifadə verib .

O bildirib ki, təqsirləndirilən şəxs onun bacısının qızıdır:

“Zərərçəkmişi çoxdan tanıyıram. Samirə mənim bacım qızıdır. Yarım saatdan sonra Samirənin bibisi gəldi, birgə oturmuşduq. Birdən qapı döyüldü və səs-küy eşitdim. Samirə o hay-küylə içəri girən qadınla aralarında mübahisə edib, ona pulu və faizini uzadaraq daha onu narahat etməməsini dedi. O qadın isə dedi ki, mən sələmin də sələmini səndən alacağam”.

Dindirilən şahid Firəngiz Quliyeva təqsirləndirilən şəxsin bibisi olduğunu deyib:

“Qardaşım öldüyündən təqsirləndirilən şəxs Samirə Əkbərovaya tez-tez baş çəkirdim. Aysel Məmmədova qardaşımın yas mərasimində də iştirak edib. Evdə olan zaman qapı qəfil bərk döyüldü və zərərçəkmiş içəri daxil oldu. Onların mübahisə etdiyini eşitdim. Daha sonra Samirə 100 manatlıq üç “paçka” və 50 manatlıq iki “paçka”nı stola çırpıb ona olan borcunu ödədiyini dedi. Hadisənin təfərrüatlarını soruşanda Samirə mənə dedi ki, sələmə pul almışam”.

Zərərçəkmiş şəxs Aysel Məmmədova isə deyib ki, hər iki şahidi tanımır və onların dedikləri heç bir həqiqəti əks etdirmir.

Təqsirləndirilən şəxsin anası, şahid Səriyyə Quliyeva da ifadə verib. O, qızının həbs xəbərini sonradan eşidib:

“Aysel Məmmədova mənə zəng edərək qızımın ona 200 min manat borcu olduğunu deyib. Qızım məktəb direktoru işləyir və onun sələmə pullar götürdüyünü bildim. Bunları da mənə qohumlarım dedi. Qızım mənə dedi ki, 40 min manat pul götürmüşəm, sadəcə sələmlərini qaytarmaqda çətinlik çəkir”.

Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib.

Qeyd edək ki, Samirə Əkbərova biznes qurmaq adı ilə Aysel Məmmədovadan ümumilikdə 300 min manat pul alaraq dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir