Cəmiyyət

Şağanlı tarixçi əsl bakılılardan, “at toyu”ndan danışıb – VİDEO

Sharing is caring!


Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında şağanlı tarixçi-etnoqraf Təvəkkül Səlimov “əsl bakılı” anlayışından, eləcə də köhnə Bakı toylarından danışıb.

O, əvvəlki dövrdə üç növ toy mərasiminin keçirildiyini söyləyib:

“Birincisi zurna-qaval, ikincisi aşıq toyları idi. Bir də dərviş toyları var idi. Dərviş toyları nisbətən az olardı. Son illər bu toylar dəbdədir. Hətta cavan adamlar da dərviş toyu edirlər. Halbuki, keçmişdə 45-50 yaşlı adamlar dərviş toyu ilə evlənərdilər. Deyərdilər ki, cavan deyiləm, mənə zurna-qaval toyu etmək yaraşmaz”.

Tarixçi bir vaxtlar Bakı kəndlərində “at toyu” edilməsindən də bəhs edib:

“Kənd təsərrüfatı ilə məşğul olan adamlar üçün at ən yaxşı nəqliyyat vasitəsi idi. Kəndlinin atı öləndə camaat yığışıb onun evinə gedirdi. Qabaqcadan da xəbər verilirdi ki, yemək hazırlansın. Ev sahibi artıq söhbəti başa düşürdü. 20-30 adam gəlib pul verirdi və yığılan pulla at alınırdı. Buna da “at toyu” deyirdilər”.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir