Hadisə

Qubada əri tərəfindən döyülən qadın atası evinə qaçıb polisə şikayət etdi, kişi isə…

Sharing is caring!

Qubada intihar etmək istəyən kişini polis xilas edib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, 27 avqust 2020-ci ildə, gecə saat 23:15 radələrində rayon sakini Gülanə Mütəllibova  Quba Rayon Polis Şöbəsinə müraciət edərək, əri Turab Mütəllibov tərəfindən döyülməsi və valideynlərinə məxsus evə qaçması barədə məlumat verib.
Daxil olmuş məlumatla əlaqədar əməliyyat qrupu dərhal hadisənin baş verdiyi ünvana yollanıblar. Ünvana çatan zaman isə həmin evin heç bir işığının yanmaması və qapının bağlı olması polis əməkdaşlarında şübhə yaradıb.
Əməkdaşlar həmin həyətə hasardan baxan zaman isə Turab Mütəllibovun yaşayış evinin qapı çərçivəsindən özünü asaraq intihara cəhd etməsini aşkarlayıblar və hasardan keçərək, onun bu cəhdinin qarşısını vaxtında alıblar.
T.Mütəllibova hadisə yerində ilkin tibbi yardım göstərilib daha sonra isə o, təcili tibbi yardımı stansiyasının əməkdaşlarına təhvil verilib. Hazırda onun vəziyyəti yaxşıdır.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir