Cəmiyyət

Astarada avtomobil mopedlə toqquşdu: Ölən var

Sharing is caring!


Astara rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, qəza axşam saatlarında rayonun Deqədi kəndi ərazisində baş verib. Belə ki, Sərxan Məlikovun idarə etdiyi “Ford Transit” markalı avtomobil Seləkəran kənd sakini Ruslan Əliyevin idarə etdiyi mopedlə toqquşub.

Toqquşma nəticəsində mopedin sürücüsü R.Əliyev ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir