Cəmiyyət

Seldən zərər görən Göyçay sakinlərinə kömək edən yoxdur – VİDEO

Sharing is caring!


Avqustun 26-da İsmayıllıda yağan güclü yağış nəticəsində yaranan sel Göyçayda da bir sıra fəsadlar törədib.

Rayonun Yuxarı Qaraməryəm kəndində evləri zərər görən sakinlər isə qonşu evlərə sığınmaq məcburiyyətində qalıblar.

Sakinlərin sözlərinə görə, təbii fəlakətdən sonra aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilsə də, problemin aradan qaldırılması üçün heç bir tədbir görülməyib.

“Mənim evim, taxılım, maşınım, uşaqlarım suyun içində qalıblar. Heç kim bizə yardım etməyib”, – deyə keçmiş məcburi köçkün Ramin İsayev söyləyib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir