İdman

Avrokubok oyunları Azərbaycanda iki kanalda yayımlanacaq

Sharing is caring!


2023/2024 mövsümündə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları Azərbaycanda iki telekanalda yayımlanacaq.

Yarışları “CBC Sport”la yanaşı “İctimai TV”dən (İTV) də izləmək mümkün olacaq.

Bu barədə kanalın idman departamentinin rəhbəri Kənan Hakimov özünün “Facebook” hesabında məlumat yayıb.

“Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı “CBC Sport” telekanalı ilə əldə etdiyimiz razılaşma əsasında qeyd olunan turnirlərdə yarımfinal mərhələsinə kimi paralel keçirilən görüşlər İTV-nin canlı efirində futbol həvəskarlarına təqdim olunacaq. Anlaşmaya əsasən, hər oyun həftəsində üç qarşılaşma telekanalımızda canlı yayımlanacaq”, – deyə K.Hakimov bildirib.

Qeyd edək ki, artıq bu gün Çempionlar Liqasının cavab pley-off qarşılaşmaları çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) – “Rakuv” (Polşa) oyununu İTV-dən izləmək mümkün olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir