İdman

Ağasəlim Mircavadov: “Qarabağ”dan qələbə gözləyirəm, ancaq arxayınlaşmamalıyıq”

Sharing is caring!


“Qarabağ”dan gözləntim qələbə və qrup mərhələsinə vəsiqə qazanmaqdır. Birinci qarşılaşmada çox yaxşı nəticə əldə etdik. Cavab matçında isə arxayınlaşmamalıyıq. Komanda üzvləri də bunu bilirlər”.

Bunu “Report”a açıqlamasında Əməkdar məşqçi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycan təmsilçisinin Bakıda Sloveniya “Olimpiya”sına qarşı keçirəcəyi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

76 yaşlı mütəxəssis “köhlən atlar”a uğurlar arzulayıb:

“Görüşə yaxşı köklənmək və UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq lazımdır. Yalnız komandanın Çempionlar Liqasında olmamasına görə təəssüflənirəm. “Rakuv”un bu turnirdə “Kopenhagen”ə qarşı Polşada keçirilən ilk matçına baxdım. Onlar elə də güclü deyillər. Bizimlə dueldə səhv həlledici rol oynadı. Rəqib tələsmədi və “Qarabağ”ın səhvlərindən yararlandı. Bu da vacib amildir”.

Mircavadov Ağdam klubunun qrup mərhələsində də uğurlu çıxış edəcəyinə inandığını vurğulayıb:

“Əsas odur ki, “Qarabağ”ın Avropada və Azərbaycan Premyer Liqasında oynamaq üçün geniş heyəti var. Qrupda hansı rəqiblərin düşəcəyi məni maraqlandırmır. Bizi əsas “Qarabağ”ın özü maraqlandırmalıdır. Hər qarşılaşmaya böyük motivasiya lazımdır”.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Lyublyanada rəqibini 0:2 hesabı ilə üstələyib. Avqustun 31-də baş tutacaq “Qarabağ” – “Olimpiya” oyunu saat 20:00-da start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir