Cəmiyyət

Bakıda qəza olub, yollarda sıxlıq yaranıb – FOTO

Sharing is caring!


Bakıda qəza olub, yollarda sıxlıq yaranıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hadisələr Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi və Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində qeydə alınıb.

Yolda nasaz avtomobillərin qalması səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. 

Bununla yanaşı, Heydər Əliyev prospektinin sonundakı hotelin qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də şəhərin mərkəzi istiqamətində sıxlıq var.

“Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunublar”, – deyə məlumatda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir