Dünya

İstanbulun mərkəzində zibilliyə dönən evdən tərk edilən azyaşlılar tapıldılar – VİDEO

Sharing is caring!

Türkiyənin İstanbul şəhərində valideynləri tərəfindən tərk edilən azyaşlılar tapılıblar.

Eyüpsultanda zibilliyə çevrilən evdən tapılan uşaqlar 3, 4 və 7 yaşında olublar.

Azyaşlılar tibbi müayinədən keçirilmək üçün xəstəxanaya aparılıb müalicə olunublar. Onların müalicələri bitəndən sonra uşaq evinə veriləcəklər.

Uşaqların valideynləri də üzə çıxıblar. Nəzarətə alınan şübhəlilər dindiriliblər. Onların psixoloji vəziyyətləri qiymətləndiriləcək.

Mənbə: Milliyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir