İdman

Məşhur futbolçuya dörd illik qadağa: Karyerası 31 yaşında bitə bilər

Sharing is caring!


“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba dopinq qəbul etdiyi üçün dörd il müddətinə futboldan uzaqlaşdırılıb.

Bildirilir ki, antidopinq prokurorluğunun tələbi qəbul edilib.

Xatırladaq ki, avqust ayında Pol Poqbanın dopinq testində testosteron səviyyəsinin yüksəldiyi aşkarlanıb.

İttiham tərəfi Poqbanın maddəni təsadüfən qəbulu ilə bağlı versiyasına inanmayıb.

Pol Poqba 31 yaşını martın ortalarında qeyd edəcək. Dörd illik diskvalifikasiya fransız futbolçu üçün onun idman karyerasına ciddi zərbədir.

Qeyd edək ki, 2023/2024 mövsümündə Poqba “Yuventus”un cəmi iki matçında iştirak edib.

Mənbə: euro-football.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir