Cəmiyyət

Şəhidin anası vəfat etdi – FOTO

Sharing is caring!


Vətən müharibəsi şəhidi Elnur Şirinzadənin anası dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, şəhidin anası Gültəkin Şirinova yaşadığı Yevlax rayonunda vəfat edib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Elnur Şirinzadə Memarlıq və İnşaat Universitetinin tələbəsi olub. O, 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub. 44 günlük Vətən müharibəsi zamanı, oktyabrın 13-də şəhid olub. Yevlax rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

E.Şirinzadə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir