Dünya

Keniyada daşqınlar 70-dən çox insanın həyatına son qoyub

Sharing is caring!


“El-Ninyo” qasırğasının Keniyanın müxtəlif bölgələrində yaratdığı güclü daşqınlar 71 nəfərin həyatına son qoyub, 150 mindən çox insan isə yaşağıdı yerdən didərgin düşüb.

Bu barədə yerli telekanal məlumat yayıb.

Keniyada oktyabrın ikinci yarısında başlayan güclü yağışlar bu gün də davam edir. Daşqınlar həm ölkənin şərqindəki sahilyanı ərazilərə, həm də cənub-şərq və şimaldakı ərazilərə təsir edib.

Qeyd edildiyi kimi, yağışlar noyabrın ikinci yarısında, o cümlədən dağlıq ərazidə yerləşən paytaxt Nayrobi yaxınlığında daha da güclənib. Ən böyük ziyan bir çox ərazisi su altında qalan sahilyanı Mombasa şəhərinə dəyib.

“The Star” qəzetinin yazdığına əsasən, hakimiyyət bu cür iqlim hadisələrinin nəticələri ilə mübarizə üçün 25 milyard şillinq (təxminən 289,5 milyon manat – red.) ayırmağa söz verib. Keniya İnsan Haqları Komissiyasının sədri Roselin Odedenin sözlərinə görə, hökumət vəziyyətin öhdəsindən gəlmək üçün kifayət qədər tədbirlər görməyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir