Cəmiyyət

Azərbaycan turizminin imkanları Londonda təqdim olunub: Qarabağdan xüsusi məhsul stendləri bəzədi – FOTO

Sharing is caring!


Azərbaycan Böyük Britaniyada təşkil olunan Dünya Səyahət Bazarında (WTM) iştirak edir.

Ölkəmizin Böyük Britaniyadakı səfirliyinin nümayəndələri noyabrın 7-də WTM-dəki Azərbaycan stendini ziyarət ediblər.

Səfirlikdən verilən məlumata görə, ziyarət zamanı 8 Noyabr – Azərbaycanın Zəfər Günü də qeyd olunub.

“WTM iştirakçıları, həmçinin Şimali Kiprdən olan nümayəndə heyəti ilə Zəfər Gününü qeyd etdik. Dövlət Turizm Agentliyinin təmsilçiləri bir vaxtlar Azərbaycanın Qarabağ bölgəsinin ən məşhur məhsullarından olan “Ağdam” şirin şərabını da təqdim etdilər. “Bu gün “Ağdam” yenidən Azərbaycanda istehsal olunur və bayrama mükəmməl əlavədir!” – səfirliyin məlumatında deyilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir