Cəmiyyət

Bakıda qəza: Qadın müğənni xəsarət aldı – FOTO

Sharing is caring!


Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Neapol dairəsinin yaxınlığında baş verib.

Vəfa Maqsud qızı Ələkbərli idarə etdiyi “Toyota” markalı maşının idarəetməsini itirib. Nəticədə avtomobil beton maneəyə çırpılıb.

Yol nəqliyyatı hadisəsi zamanı sürücü xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. O, hazırda xəstəxananın reanimasiya şöbəsindədir.

Qeyd edək ki, sürücü V.Ələkbərli müğənnidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir