Kriminal

Salyanda narkokuryer saxlanıldı

Sharing is caring!


Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Azər Əsgərov saxlanılıb .

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Onun üzərinə keçirilən baxış zamanı heroin, metamfetamin və 430 qram marixuana aşkar olunaraq götürülüb. 

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən dəyəri 5000 manatdan artıq olan məişət əşyaları və avadanlıqları oğurlamaqda şübhəli bilinən rayon sakini Hacıağa Quliyev də saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq faktını etiraf edib. Sonuncu tərəfindən oğurluq yolu ilə əldə edilən əşya və avadanlıqlar isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir