İdman

“Neftçi” Praqa mərhələsinə qələbə ilə start verdi

Sharing is caring!


Çexiyada təşkil olunmuş 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Praqa mərhələsi davam edir.

Oxu.Az xəbər verir ki, qrupa düşmək uğrunda mübarizə aparan Azərbaycan millisi ilk görüşündə 9:20 hesabı ilə Çili yığmasına, ikinci oyununda isə 13:21 hesabı ilə İsveçrə millisinə məğlub olaraq mübarizəni təsnifat mərhələsindəcə dayandırıb.

C qrupunda qərarlaşmış təmsilçimiz “Neftçi” isə ilk görüşündə Latviya millisinə 16:14 hesabı ilə qalib gəlib. “Ağ-qaralar” qrupdakı növbəti oyununu Litva seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir