Cəmiyyət

İki yaşlı körpə qaynar su olan vedrəyə yıxılıb: Dəstəyə ehtiyacı var – FOTO

Sharing is caring!


2021-ci il təvəllüdlü Zəhra Etibar qızı Həsənova iyun ayının 14-də ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Rəqsanə Həsənova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyyatsızlıqdan baş verib:

“Qızım həyətdə qaçdı-tutdu oynayırdı. Bu zaman mən də həyətdə vedrənin içində su qaynadırdım ki, paltarlarımızı yuyum. Zəhra həmin vaxt vedrəni görmədi və vədrənin içinə yıxıldı. O çox ağır yanıq xəsarətləri alıb. Zəhradan başqa bir qızım və bir oğlum da var. Maddi vəziyyətimiz çox ağırdır. Mən evdar qadınam. Həyətimizdə kartof, pomidor, xiyar, göyərti əkərək ailəmə dəstək olmağa çalışıram. Həyat yoldaşım isə fəhləlik etməklə bizi dolandırmağa çalışır. Hadisədən dərhal sonra qızım Bakıda yerləşən xəstəxanalardan birində müalicə aldı. Amma maddi imkan olmadığı üçün onun müalicəsini yarımçıq saxladıq. Hazırda Zəhranın müalicəsi üçün 800 manata ehtiyac var. Yardımsevər şəxslərdən xahiş edirəm ki, bizə dəstək olsunlar”.

Əlaqə nömrəsi: (055) 568-59-90 (Rəqsanə xanım)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir