Dünya

Ermənistanın terror dövləti olmasının növbəti SÜBUTU

Sharing is caring!

12 sentyabr toqquşmalarından sonra böyük sayda canlı qüvvə itkiləri ilə üzləşən Ermənistan ordu sıralarını könüllülərin hesabına doldurmaq qərarına gəlib.

Bu barədə erməni KİV-ləri məlumat yayıblar.

Belə ki, Sisianda (Qarakilsə – red.) könüllülərin orduya cəlb olunması ilə əlaqədar əhaliyə müraciət edilib. İşə Sisian bələdiyyəsi də cəlb edilib.

Öz növbəsində erməni terror təşkilatı VOMA da yenidən aktivləşməyə başlayıb.

Terror təşkilatı diaspor ermənilərinin və Ermənistanda yaşayan əhalinin onlara müraciət edərək könüllülərin sırasına qoşulmaq “əzmində” olduqlarını açıqlayıb.

“Ermənistanın sərhədində baş verənlərə biganə deyilsinizsə və ölkəmizin müdafiəsində iştirak etmək istəyirsinizsə, biz sizi İrəvanda gözləyirik”, – terror təşkilatı VOMA-nın ermənilərə ünvanlandığı müraciətdə qeyd olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir