Dünya

İran erməniləri Azərbaycana qarşı – VİDEO

Sharing is caring!

Molla rejimi özünün getdikcə genişlənən anti-Azərbaycan təbliğatına ölkədə yaşayan erməniləri də cəlb etməyə başlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, İsfahan ermənilərinin “vank.ir” rəsmi saytında bununla bağlı video yayılıb. Kadrlarda şəhərin ermənilər yaşayan Yeni Culfa rayonundakı Vank kilsəsinin önündə Azərbaycan tərəfindən guya Laçın yolunun bağlanması və Qarabağ ermənilərinin blokadaya alınması əleyhinə etiraz aksiyası əks olunub.

Tədbirin təşkilatçısı İsfahan və İranın cənubunda yaşayan ermənilərin yeparxiyası olub. Aksiyaya İsfahan erməniləri ilə yanaşı, yaxınlıqdakı Şahinşəhr şəhərində yaşayan ermənilər də qatılıblar.

Rəsmi İRNA agentliyi tədbirə 1 100 nəfər erməninin qatıldığını iddia edib.

Videodan da görünür ki, İran rejiminin siyasi maraqlarına xidmət edən aksiyaya çox sayda azyaşlı və məktəbli uşaqlar də cəlb ediliblər. Uşaqların əllərinə Ermənistan və İran bayraqları, anti-Azərbaycan şüarlarının yazıldığı plakatlar verilib və geyimlərinin üzərinə separatçıların qondarma bayraq nişanı vurulub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir